Zaxarova: Rusiya Qarabağı rəsmən Azərbaycanın ərazisi kimi tanıyır

Zaxarova: Rusiya Qarabagi resmen Azerbaycanin erazisi kimi taniyir
"Rusiya rəsmi olaraq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır.

Zeferinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib

O, prezidentin köməkçisi Vladimir Medinskinin sözlərini kontekstdən çıxarmamağa və onlara "tamamilə fərqli bir məna verməməyə çağırıb.

Zaxarova Rusiyanın rəsmi olaraq Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığını söyləyib.

Qeyd edib ki, Medinski Qarabağla bağlı şərhdə vəziyyətin tarixi aspekti və səciyyələndirici xüsusiyyətlərdən danışıb.