Zeferinfo.az xəbər verir ki, bu barədə Baş DYP İdarəsi məlumat yayıb. İdarə sürücülərin diqqətinə çatdırıb ki, yorğun və yuxusuz halda sükan arxasına əyləşmək, sürət həddini aşmaq, zolaq dəyişərkən ehtiyatsız davranmaq və sükan arxasında diqqəti yayındıran hərəkətlərə yol vermək ağır nəticələrə gətirib çıxarır:
"Unutmaq olmaz ki, sükan arxasında verilən hər səhv qərarın arxasında insan həyatı dayanır. Hər bir sürücü istirahətini vaxtında etməli, diqqətini yalnız yola yönəltməli və nəqliyyat axınında təhlükə yarada biləcək davranışlardan çəkinməlidir.
BDYPİ bütün sürücüləri yollarda məsuliyyətli olmağa və qaydalara əməl etməyə çağırır".