“YAŞAT” düşərgəsinin 6-cı həftəsi reallaşdırılıb- FOTOLAR 

“YASAT” dusergesinin 6-ci heftesi reallasdirilib- FOTOLAR 

“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “TABİA Group”un və “Lankaran Springs Wellness Resort” Hotelin birgə tərəfdaşlığı ilə keçirilən 4-cü “YAŞAT” düşərgəsinin 6-cı həftəsi reallaşdırılıb.

Açılış mərasimində iştirakçılara düşərgə çərçivəsində baş tutacaq tədbirlər izah edilib. Xanbulan gölünə ekskursiya, boulinq və hoteldaxili əyləncə, hovuz, parkur saatları, oxatma təlimi, “ABAD”ın dulusçuluq ustad dərsi uşaqların xoş marağına səbəb olub.

“Leyla Medical Center” tərəfindən ilkin tibbi yardım barədə təşkil olunan təlimdə müvafiq sahədə yeni biliklər mənimsənilib.

“Nar”ın baş icraçı direktoru Qunnar Panke və ictimaiyyətlə əlaqələr və korporativ ünsiyyət direktoru Hökümə Kərimova uşaqların çoxsaylı suallarını cavablandırıblar.

Texnoblogger Fərid Pərdəşünasın təqdimatında süni intellekt və gələcək peşə seçimi mövzusunda maarifləndirici təlim də təşkil olunub.

“Azərbaycan Hava Yolları” QSC-nin pilotu və təyyarə bələdçisi ilə görüşdə uçuş təhlükəsizliyi barədə maraqlı müzakirələr aparılıb, düşərgə iştirakçılarına hədiyyələr təqdim olunub.

Tanınmış televiziya və radio aparıcısı, “Avroviziya” mahnı müsabiqəsində Azərbaycanın nümayəndə heyətinin rəhbəri Nurlana Cəfərova tərəfindən şeirlərin və mətnlərin doğru səsləndirilməsi izah edilib, real şərti təcrübələr edilib. Görüş çərçivəsində aktiv iştirakçılara müəllifin kitabları hədiyyə edilib.

“Digital Umbrella” şirkətinin nümayəndələri ilə “CİS və Peyk Tədqiqatı” və “Süni Zəka: Həyatımızın gizli köməkçisi” adlı təlimdə iştirakçılar peyk təsvirləri üzərində işləməyi öyrənib, coğrafi informasiya sistemlərinin real həyatda tətbiqləri ilə tanış olublar.

ASAN Radio və TV-nin təşkilati dəstəyi ilə tanınmış estrada ulduzları Elçin Cəfərovun və Çinarə Məlikzadənin konsert proqramları eləcə də aktyorlar İlkin Həsəni, Ramil Babayev və Elşən Orucovla görüş baş tutub.

Həftənin yekunu ilə bağlı təşkil olunan mərasimdə “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynovun iştirakı ilə uşaqlara hədiyyələr verilib. Sözügedən hədiyyələr “Baku Electronics” MMC-nin nəzdində fəaliyyət göstərən “Təkan Fondu” tərəfindən təqdim edilib.

Düşərgə çərçivəsində “AMO Corporate Group”un əməkdaşları da uşaqlarla görüşüb, hədiyyələrini veriblər.

Həftə ərzində Əbilşah Məmmədovun doğum günü də qeyd olunub.

Tərəfdaşlar: TABİA Group və “Lankaran Springs Wellness Resort” Hotel;

Sponsorlar: NEQSOL Holding, Bakcell, Norm, AMO Corporate Group, GILTEX MMC, Nar, DTİK, DadHouse;

Dəstəkçilər: “ASAN xidmət”in “İnnovasiyalar Mərkəzi”, “ABAD”, “PAŞA Həyat”, “Azərbaycan Hava Yolları” QSC, “Digital Umbrella”, “Badamlı Mineral Suları”, Milla, “Leyla Medical Center”;

Media dəstəyi: ASAN Radio/TV