"YAŞAT" düşərgəsinin 4-cü həftəsi başa çatıb

"YASAT" dusergesinin 4-cu heftesi basa catib

“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, "TABİA Group"un və “Lankaran Springs Wellness Resort” Hotelin birgə tərəfdaşlığı ilə keçirilən 4-cü “YAŞAT” düşərgəsinin 4-cü həftəsində də maraqlı və əyləncəli anlar yaşanıb.

“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin və “Bilim Bakı” mərkəzinin dərslərində uşaqlar innovativ biliklərini daha da təkmilləşdiriblər. “Yeni Texnologiyaların İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən isə texniki idman növü kimi raket və peyk modelçiliyinin əhəmiyyəti mövzusunda təlim keçirilib. 

Yazıçı Varis Yolçuyev uşaqlarla görüşündə onlara müxtəlif mövzularda yeni bilik və bacarıqlara dair məlumatlar aşılayıb, aktiv iştirakçılara kitablar hədiyyə edib.

“Focus” Kamandan Oxatma Məktəbinin nümayəndələri tərəfindən reallaşdırılan və iştirakçılar tərəfindən maraqla qarşılanan dərsdə bu idman növünün əsasları, düzgün duruş, hədəfə yönəlmə və atış texnikaları praktiki şəkildə izah edilib.

“Leyla Medical Center” tərəfindən ilkin tibbi yardımın əsaslarına dair təlim proqramında bu mövzuda vacib nəzərə alınmalı əsas məqamlar həm nəzəri, həm də praktiki olaraq nümayiş etdirilib və iştirakçılara təşəkkürnamələr təqdim olunub.

Düşərgənin əsas dəstəkçilərindən biri olan “Shokki Mokki” konsert proqramında uşaqlara şirniyyat hədiyyələri verib.

Həftə çərçivəsində düşərgə iştirakçıları Güllü Bərxudarlının və Zəhra Əsgərlinin doğum günləri də qeyd olunub.

ASAN Radio və TV-nin təşkilati dəstəyi ilə baş tutan konsert proqramında gənc müğənni Leyla Rəhimova müxtəlif ifalarını səsləndirərək uşaqlarla xoş vaxt keçirib.

Həftənin yekunu ilə bağlı təşkil olunan mərasimdə uşaqlara hədiyyələr təqdim olunub.  

Tərəfdaşlar: "TABİA Group" və “Lankaran Springs Wellness Resort” Hotel;

Dəstəkçilər: “ASAN xidmət”in “İnnovasiyalar Mərkəzi”, “ABAD”, “PAŞA Həyat”, “QSC, “Badamlı Mineral Suları”, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Milla, “Bilim Bakı” mərkəzi, “Yeni Texnologiyaların İnkişafına Dəstək” İctimai Birliyi, “Shokki Mokki” , “Leyla Medical Center”, “Focus” Kamandan Oxatma Məktəbi;

Media dəstəyi: ASAN Radio/TV