XİN rəsmisi: ECO üzvlərinin ümumi planları ilə bağlı 25-ə yaxın sənəd mövcuddur

XIN resmisi: ECO uzvlerinin umumi planlari ile bagli 25-e yaxin sened movcuddur
ECO üzvlərinin ümumi planları ilə bağlı 25-ə yaxın sənəd mövcuddur.

Zeferinfo.az  xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İqtisadi Əməkdaşlıq İdarəsinin rəisi Elmar Məmmədov Ağdamda ECO Gənclər Forumu çərçivəsində keçirilən "Yüksək Səviyyəli Perspektivlər: “Regional inkişafda gənclərin rolu” mövzusunda panel müzakirəsində deyib.

O qeyd edib ki, bu sənədlər hazırda hökumətlərarası prosedurlardan keçir:

"Azərbaycanın işğaldan azad edilmiş ərazilərində hazırda yaşıl zonalar yaradılır, iqtisadiyyat dirçəldilir. Burada azad iqtisadi zonalar yaradılacaq. Gənclərin də bu prosesdə iştirakı arzuediləndir".

E. Məmmədov ötən il Azərbaycanda keçirilən COP29 tədbirləri haqqında da danışıb:

"Ticarət investisiyası və iqlim maliyyəsi - bu iki sahə ilk dəfə olaraq Azərbaycanın təşəbbüsü ilə bir araya gətirildi, ECO üzvləri də bu təşəbbüsə əsaslanan sənədi imzalayıblar. İqlim dayanıqlılığına dəstək çərçivəsində digər ölkələrin da bu təşəbbüsü dəstəkləyəcəklərini düşünürük".