XİN-dən Zeferinfo.az-a verilən məlumata görə, könüllü sıralarına qoşulmaq istəyən namizədlər üzvlük üçün müəyyən olunmuş tələblərə uyğun şəkildə XİN-in rəsmi internet səhifəsindəki elektron xidmət vasitəsilə müraciət edə bilərlər.
Bildirilib ki, avqustun 15-i müraciətlərin qəbulu üçün son tarixdir.
Müraciətlərin qəbulu yekunlaşdıqdan sonra tələblərə uyğun namizədlərlə seçim prosesinin növbəti mərhələsi üçün əlaqə saxlanılacaq.
XİN “Diplomatiya Könüllüləri” qrupuna qəbul elan edir

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) 2025-2026-cı il üzrə Nazirliyin nəzdində fəaliyyət göstərən “Diplomatiya Könüllüləri” qrupuna könüllülərin qəbulunu elan edir.