Xankəndi Məhkəməsinin sədri Şuranın üzvü seçilib

Bu gün Bakıda Azərbaycan Hakimlərinin ilk Forumu keçirilib.
Zeferinfo.az xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.
Bildirilib ki, Forumda Məhkəmə-Hüquq Şurasının tərkibinə seçkilər keçirilib.
Forumda üzvlərinin yekdil səsi ilə Xankəndi şəhər Məhkəməsinin sədri İlkin Abdullayev birinci instansiya məhkəmələrini təmsil edən hakim qismində Məhkəmə-Hüquq Şurasının üzvü seçilib.
Bununla da Məhkəmə-Hüquq Şurasının tam tərkibi formalaşıb.
Qeyd edək ki, Şuranın 15 üzvü var.