DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Zeferinfo.az-a bildirilib ki, o, zərərçəkmişləri işlə təmin edəcəyinə və xarici ölkələrə getmək üçün viza alacağına dair yalan vədlər verərək aldadıb. Araşdırmalarla saxlanılan şəxsin paytaxtda da analoji cinayətlər törətdiyi müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Ə.Əsədzadə barəsində həbs qətimkan tədbiri seçilib.
Onun əməllərindən zərər görən başqa vətəndaşlar olarsa, polis orqanlarına məlumat verə bilərlər.