DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Zeferinfo.az-a bildirilib ki, Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum edilmiş 29 yaşlı Elşən Fərzəliyev saxlanılıb.
Araşdırmalarla E.Fərzəliyevin rayon ərazində yerləşən daha iki evdən də oğurluq etdiyi müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.