Türkiyəli general Azərbaycanda səfərdədir

Turkiyeli general Azerbaycanda seferdedir
Türkiyənin Milli Təhlükəsizlik Şurası Baş katibinin müavini general-mayor Mustafa Samancı Azərbaycanda səfərdədir.
Zeferinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı Səfirliyinin "X" hesabında bildirilib.

Azərbaycana səfəri çərçivəsində Mustafa Samancı Türkiyə səfiri Birol Akgünlə görüşüb.