Türkiyədə FETÖ ilə əlaqədar 170-ə yaxın şübhəli saxlanılıb

Turkiyede FETO ile elaqedar 170-e yaxin subheli saxlanilib
Türkiyədə FETÖ-yə qarşı növbəti əməliyyat tədbirləri keçirilib.

Zeferinfo.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya "X" sosial media hesabında yazıb.

Nazirin sözlərinə görə, 42 vilayətdə ümumilikdə 169 şübhəli saxlanılıb.

Əməliyyat nəticəsində bir sıra silah-sursat, eləcə də çoxlu sayda sənəd və rəqəmsal material ələ keçirilib.