Türkiyə XİN rəhbəri ABŞ nümayəndə heyətinin İstanbula gəldiyini təsdiqləyib

“Türkiyə olaraq, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik”.
Zeferinfo.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
Nazir bildirib ki, hər iki ölkə ilə güclü ikitərəfli əlaqələri var: “Biz savaşın başından bu yana ədalətli sülhə ancaq danışıqlar yolu ilə nail olunacağını müdafiə edirik. Bu gün Ukrayna Prezidenti Zelenski Ankarada Prezidentimizlə görüşür. Rusiyadan gələn heyət İstanbuldadır. Amerikadan da nümayəndə heyəti Türkiyəyə gəlib. Sülh üçün lazımi iradə nəhayət ortaya qoyulub. Tərəflərin mövqeyi arasında razılıq əldə edilərsə, sülh yolunda mühüm addım atılmış olacaq. Ümidli olmaq üçün kifayət qədər səbəbimiz var. Ədalətli sülhə nail olunacaq”.