Türkiyə xarici işlər nazirinin müavini Azərbaycana gəlib

Turkiye xarici isler nazirinin muavini Azerbaycana gelib

Türkiyə xarici işlər nazirinin müavini Berris Ekinci Azərbaycana gəlib.

Zeferinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, Azərbaycan Xarici İşlər Nazirliyi ilə siyasi məsləhətləşmələr çərçivəsində Bakıda səfərdə olan Berris Ekinci Fəxri və Şəhidlər xiyabanlarını, həmçinin Türk şəhidliyini ziyarət edib.