Türkiyə MN-dən təyyarə qəzası ilə bağlı daha bir açıqlama

Turkiye MN-den teyyare qezasi ile bagli daha bir aciqlama

Gürcüstanda C-130 hərbi yük təyyarəsinin qəzaya uğradığı yerə gələn qəza araşdırması və axtarış-xilasetmə qrupu Gürcüstan hakimiyyəti ilə koordinasiyalı şəkildə hadisə yerində işlərini davam etdirir.

Zeferinfo.az  xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama yayıb. 

"Gürcüstanda qəzaya uğrayan C-130 hərbi yük təyyarəsinin hadisə yerinə tez bir zamanda gələn qəza araşdırması və axtarış-xilasetmə qrupumuz, Gürcüstan hakimiyyəti ilə koordinasiyalı şəkildə hadisə yerində işini davam etdirir. Qəza ilə bağlı texniki araşdırma və qiymətləndirmə prosesi davam edir və inkişaflar ictimaiyyətlə paylaşılacaq", - deyə məlumatda qeyd olunub. 

Türkiyə MN-dən təyyarə qəzası ilə bağlı daha bir açıqlama - FOTO

Türkiyə MN-dən təyyarə qəzası ilə bağlı daha bir açıqlama - FOTO

Back To Top