Türkiyə F-16-ları Azərbaycana göndərir

Turkiye F-16-lari Azerbaycana gonderir

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda keçiriləcək hərbi paradda Türkiyənin Hərbi Hava Qüvvələrinə məxsus 6 ədəd F-16 qırıcısının iştirak edəcək.

Zeferinfo.az xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk həftəlik brifinqdə deyib.

"Azərbaycanın 8 Noyabr – Zəfər Günü münasibətilə keçiriləcək təntənəli tədbirlərdə Türkiyə Respublikasının Prezident Qvardiyasının nümayəndə heyəti və Hərbi Hava Qüvvələrinə məxsus 6 ədəd F-16 qırıcısı da iştirak edəcək",- o qeyd edib.

Back To Top