Türk dünyasının qlobal universiteti Azərbaycan məzunlarını yola salır

Turk dunyasinin qlobal universiteti Azerbaycan mezunlarini yola salir

“Türkiyədə açıq və uzaqdan ali təhsilin qurucusu və öncüsü olan Anadolu Universiteti, yarım əsrə yaxın təcrübəsi ilə bu sahədə yeni bir mərhələyə qədəm qoyur. “Dəyişikliyə Açıq Təhsil” fəlsəfəsi əsasında rəqəmsal transformasiya və struktur yenilikləri həyata keçirən universitet, 2009-2010-cu ildən etibarən Azərbaycan vətəndaşlarına yüksək keyfiyyətli ali təhsil imkanı təqdim edir”.

Zeferinfo.az xəbər verir ki, bu barədə univeristetdən məlumat verilib.

Bildirilib ki, bu illər ərzində təxminən min beş yüz azərbaycanlı gənc universitetin müxtəlif proqramlarından məzun olub: “Hazırda isə iki minə yaxın tələbə təhsilini uğurla davam etdirir. Anadolu Universiteti, imtahansız ikinci ali təhsil, ikili diplom imkanı, uzaqdan təhsil və çevik öyrənmə modelləri ilə Azərbaycanın gənc nəslinə ali təhsilə daha asan və geniş çıxış qapıları açır”.

Məlumatda o da qeyd edilib ki, Anadolu Universiteti Azərbaycan Proqramlarının 16-cı məzuniyyət mərasimi avqustun 9-da, saat 19:00-da Bakıda yerləşən IMSA-Maarif Məktəbində keçiriləcək: “Təntənəli mərasimdə Açıq Təhsil Fakültəsinin məzunları, beynəlxalq keçərliyə malik Diplom Əlavəsi ilə birlikdə diplomlarını alaraq yeni həyat mərhələsinə qədəm qoyacaqlar”.