Zeferinfo.az-ın Oxu.Az-a istinadən məlumatına görə, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Elçin Məmmədovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilənlərin şikayətinə baxılaraq onlar barədə verilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanılıb.
Qeyd edək ki, idmançılar Abşeron rayonu ərazisində törədilmiş quldurluqda təqsirləndirilirlər. Onlar dekabrın 4-də 2004-cü il təvəllüdlü şəxsə kəsici alətlə xəsarət yetirməkdə, onun 110 manat pulunu ələ keçirərək quldurluq etməkdə ittiham olunurlar.