Tramp Azərbaycana münasibətdə 907-ci maddənin tətbiqinin dayandırılmasının uzadılmasına dair memorandum imzalayıb

Tramp Azerbaycana munasibetde 907-ci maddenin tetbiqinin dayandirilmasinin uzadilmasina dair memorandum imzalayib

ABŞ prezidenti Donald Tramp Azadlığa Dəstək Aktının 907-ci maddəsinin fəaliyyətinin dayandırılması haqqında memorandum imzalayıb.

Zeferinfo.az xəbər verir ki, sənəd ABŞ federal hökumətinin rəsmi jurnalında, federal agentliklər və prezident tərəfindən qəbul edilmiş qaydaları, bildirişləri və digər aktları dərc edən Federal Reyestrdə yerləşdirilib.

Memorandumda xüsusilə qeyd edilir ki, 907-ci Bölmədən imtinanın uzadılması barədə qərar 2002-ci maliyyə ili üçün Xarici Əməliyyatların Maliyyələşdirilməsi, İxracın Maliyyələşdirilməsi və Əlaqədar Proqramlar Aktının II Başlığı da daxil olmaqla, Birləşmiş Ştatların Konstitusiyası və qanunları ilə Prezidentə verilən səlahiyyətlər əsasında qəbul edilib (Akt No.1110).

Sənədə əsasən, Azərbaycanla bağlı dəyişikliyin dayandırılması:

ABŞ-nin beynəlxalq terrorizmlə mübarizə səylərini dəstəkləmək lazımdır;

ABŞ və koalisiyanın müttəfiq silahlı qüvvələrinin döyüş hazırlığını təmin etmək tələb olunur;

Azərbaycan sərhədlərinin təhlükəsizliyinin gücləndirilməsi üçün vacibdir;

Ermənistan və Azərbaycan arasında sülh yolu ilə nizamlanması üzrə danışıqlar prosesinə mənfi təsir göstərməyəcək və Ermənistana qarşı hücum hərəkətlərində istifadə edilməyəcək.

“Yuxarıda göstərilən qərarla əlaqədar mən Azadlığa Dəstək Aktının 907-ci hissəsindən imtina müddətini uzadıram”, - memorandumda deyilir.