Tovuzda məktəbdə 20-yə yaxın şagird zəhərləndi

Tovuzda orta məktəbdə kütləvi zəhərlənmə olub.
Zeferinfo.az-ın məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində yerləşən tam orta məktəbində qeydə alınıb. Belə ki, məktəbim 20-yə yaxın şagirdi zəhərlənmə ilə xəstəxanaya aparılıb. İlkin məlumata görə, zəhərlənməyə məktəbin qızdırılmasında istifadə olunan soba səbəb olub. Onların tüstüdən zəhərləndiyi bildirilir.
Hadisənin baş vermə səbəbləri araşdırılır.