Tovuzda avtomoboli aşıran sürücü ölüb
Tovuz rayonunda sürücünün ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Zeferinfo.az xəbər verir ki, sürücü Mürvət Həsənov "VAZ" markalı avtomobilinin idarətməsini itirib. Nəticədə sürücü hadisə yerində ölüb.
Faktla bağlı araşdırma başlanılıb.