İnterpress.az xəbər verir ki, Tənzilə Rüstəmxanlı Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin müavini, Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlu ilə görüşüb.

Tənzilə Rüstəmxanlı səmimi qəbul üçün Kürşad Zorluya təşəkkür edib, Azərbaycan-Türkiyə münasibətlərinin müxtəlif sahələrdə inkişaf etdirilməsində qurumun önəminə diqqət çəkib.

Görüşdə türk dünyası ilə əlaqələrin daha da intensivləşdirilməsi istiqamətində atılacaq addımlar müzakirə edilib, bunun təxirəsalınmaz gerçəklik olduğu vurğulanıb.