TƏBİB: Aşağı Güzdəkdə boya zavodunda yanğına 7 təcili tibbi yardım briqadası cəlb olunub

TEBIB: Asagi Guzdekde boya zavodunda yangina 7 tecili tibbi yardim briqadasi celb olunub

Bu gün saat 11:00 radələrində Abşeron Rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində fabrikdə yanğın hadisəsinin baş verməsi barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

TƏBİB-dən Zeferinfo.az-ın sorğusuna cavab olaraq bildirlib ki, çağırış əsasında ilkin olaraq 7 təcili tibbi yardım briqadası hadisə yerinə cəlb olunub.

Qeyd olunub ki, əlavə məlumat veriləcək.

Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodunda yanğın baş verməsi barədə məlumat daxil olub, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.