Tarixi zəfərimizin 5 illiyinə və Şuşanın azad olunmasına diqqət çəkən “Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi” ictimai birliyinin sədri İlham İsmayılov Newscenter.az-a deyib ki, Şuşanın işğaldan azad olunması təkcə bir şəhərin qurtuluşu deyil, həm də Azərbaycan dövlətçiliyi, xalqın birliyi və ərazi bütövlüyünün bərpası baxımından tarixi əhəmiyyət kəsb edən hadisə idi:
“Şuşa Azərbaycanln İkinci Qarabağ Müharibəsində ümumi qələbəmizi simvolizə edir. Bildiyiniz kimi Şuşa Qarabağ bölgəsinin ən strateji nöqtəsində, yüksək dağlıq ərazidə yerləşir. Bu şəhər həm coğrafi, həm də müdafiə baxımından böyük üstünlüyə malik idi. Məhz buna görə də onun azad olunması Vətən müharibəsinin həlledici mərhələsini təşkil etdi. Təsadüfi deyil ki, Cənab Prezident İlham Əliyev də müharibənin gedişində bildirmişdi ki, Şuşa azad olunmadan bizim işimiz yarımçıq qalmış olar. Ona görə də Vətən Müharibəsində qarşıya qoyulan əsas məqsədlərdən, hədəflərdən biri də Şuşanın azad edilməsi idi”.
İlham İsmayılov qeyd edib ki, Şuşanın azad olunması Xankəndinin azad edilməsi və 23 saatlıq antiterror əməliyyatınln uğurla başa çatmasına da yol açmış oldu:
"Şuşanın strateji əhəmiyyətə malik şəhər kimi azad edilməsi sonrakı dövrdə tam və qəti qələbəmizi gerçəkləşdirdi. Çünki bu hadisə Ermənistan ordusunun əsas təchizat və nəqliyyat yollarını kəsməyə imkan verdi. Eyni zamanda Laçın istiqamətində yerləşən əsas kommunikasiya xətləri Azərbaycan Ordusunun nəzarətinə keçdi və düşmən qüvvələri ciddi şəkildə çətin vəziyyətə düşdü:
“Şuşanın sıldırım qayalıqlar və dar keçidlərdən ibarət olmasına baxmayaraq, Azərbaycan xüsusi təyinatlı qüvvələrinin yüksək döyüş hazırlığı, taktiki çevikliyi və vətənpərvərliyi sayəsində bu Şuşa düşməndən azad edildi. Bu əməliyyat Azərbaycan Ordusunun peşəkarlığını, koordinasiyasını və ruh yüksəkliyini dünyaya nümayiş etdirdi. Onu da qeyd etmək yerinə düşər ki, Şuşanın azad olunması müharibənin gedişində dönüş nöqtəsi oldu və şəhərin azad edilməsindən qısa müddət sonra Ermənistan kapitulyasiya aktına imza atdı”.
İlham İsmayılov onu da deyib ki, Şuşa təkcə hərbi-strateji şəhər deyil, həm də Azərbaycan xalqının mədəni və mənəvi simvoludur:
“Şuşa Azərbaycan mədəniyyətinə Üzeyir Hacıbəyli, Bülbül, Xurşidbanu Natəvan kimi şəxsiyyətlər bəxş edib. Bu səbəbdən Şuşanın azad olunması xalqın milli qürurunun və tarixi ədalətin bərpası sayılırdı. Eyni zamanda bu hadisə Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası istiqamətində həlledici addım idi”.
ATXƏM sədri deyib ki, bu gün digər işğaldan olunan şəhər və rayonlar kimi Şuşa da özünün yeni inkişaf, intibah dövrünü yaşayır:
“Şəhərdə ötən 5 il ərzində aparılan quruculuq-abadlıq işləri, həyata keçirilən infrastruktur layihələri Şuşanın simasını əsaslı dərəcədə dəyişib. İndi Şuşa təkcə Azərbaycanın deyil, eləcə də Türk dünyası və İslam aləminin siyasi və mədəniyyət mərkəzlərindən biri kimi tanınır. Bu gün Şuşa demək olar ki, Türk dünyasının ortaq buluşma nöqtəsinə çevrilib. Azərbaycana səfər edən Türk dövlətləri rəhbərlərinin səfər çərçivəsində Şuşaya da getməsi bunun təsdiqidir. Ötən illər ərzində Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan prezidentləri, Türkmənistanın Xalq Məsləhətinin sədri, həmçinin BƏƏ prezidentinin bu şəhərdə qarşılanması Şuşanın Türk və İslam aləminin də siyasi və mədəniyyət mərkəzi kimi önəmini ortaya qoyur. Xatırladım ki, Şuşa şəhəri 2023-cü ildə Türk dünyasının, 2024-cü ildə isə İslam dünyasının mədəniyyət paytaxtı elan edilib”.