Suriya Türkiyədən hərbi dəstək istəyib

Suriya Turkiyeden herbi destek isteyib

Suriya müdafiə qabiliyyətini gücləndirmək və İŞİD başda olmaqla, bütün terror təşkilatları ilə mübarizə aparmaq üçün Türkiyədən rəsmən hərbi dəstək istəyib.

Zeferinfo.az xəbər verir ki, bu barədə Türkiyə MN-dən bildirilib.

Qeyd olunub ki, bu tələbə əsasən, Suriyanın müdafiə qabiliyyətini artırmaq üçün Türkiyənin təlim, məsləhət və texniki dəstək vermək səyləri davam edir.