Sumqayıtda "Təmiz hava" aylığı ilə bağlı tədbir keçirilib
Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları digər aidiyyəti dövlət qurumunun mütəxəssisləri ilə birgə avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə, eləcə də insan sağlamlığına vurduğu zərəri minimuma endirmək məqsədilə profilaktik tədbir keçiriblər.
Daxili İşlər Nazirliyindən Zeferinfo.az-a verilən xəbərə görə, tədbir zamanı nəqliyyat vasitələrinin texniki sazlığının mütəmadi olaraq diqqət mərkəzində saxlanılmasının əhəmiyyəti barədə sürücülərlə maarifləndirici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri onlara izah edilib. Atmosferə normadan artıq tullantı ixrac edən nəqliyyat vasitələri sürücülərinin diqqətinə bu halın aradan qaldırılmasının vacibliyi çatdırılıb.