Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Zeferinfo.az-a verilən məlumata görə, texniki müayinə zamanı həmin nəqliyyat vasitələrinin əksər hissəsinin səsboğucularına sürücüləri tərəfindən qəsdən müdaxilə edildiyi aşkarlanıb. Yollarda təhlükəli manevrlər edərək qəza şəraiti yaradan həmin şəxslər barəsində inzibati tədbirlər görülüb.
Yay mövsümünün gəlişi ilə əlaqədar olaraq Sumqayıt şəhərində sakinlərin istirahətini bilərəkdən pozan, neqativ hərəkətlərə yol verən bu tipli moped və motosiklet sürücülərinə qarşı vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.