"Sputnik Azərbaycan” işinə görə saxlanılan şəxslərlə bağlı məhkəməyə təqdimat daxil olub

Daxili İşlər Nazirliyinin (DİN) “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialında (“Sputnik Azərbaycan”) keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə nəticəsində saxlanılan şəxslərlə bağlı məhkəməyə təqdimat daxil olub.
Zeferinfo.az xəbər verir ki, təqdimata Xətai Rayon Məhkəməsində baxılacaq.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialında (“Sputnik Azərbaycan”) keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə 7 nəfər saxlanılıb. Cinayət Məcəlləsinin dələduzluq, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri üzrə cinayət işi başlanaraq 2 nəfər həbs edilib, digər 5 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Dünən “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) icraçı direktoru İqor Kartavıx və şef redaktor Yevgeniy Belousov saxlanılıb.