"Sputnik Azərbaycan"da saxlanılan iki nəfər binadan çıxarılıb

"Sputnik Azerbaycan"da saxlanilan iki nefer binadan cixarilib
"Sputnik Azərbaycan"da keçirilən əməliyyat nəticəsində saxlanılan iki nəfər binadan çıxarılıb.

Zeferinfo.az-ın məlumatına görə, həmin şəxslər hüquq-mühafizə orqanlarının avtomobili ilə ərazidən aparılıb.

Qeyd edək ki, Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə fevralın 24-də bildirmişdi ki, "Rossiya Segodnya"nın (Sputnik) Azərbaycandakı nümayəndəliyi ləğv edilib. O söyləmişdi ki, sözügedən qurum yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər.

Ancaq buna baxmayaraq, "Sputnik Azərbaycan”ın fəaliyyətini davam etdirdiyi, əməkdaşlarının işə çıxdığı məlum olub.

.