Şoyqu: Cənubi Qafqazda "3+3" formatını bərpa etmək vacibdir

Soyqu: Cenubi Qafqazda "3+3" formatini berpa etmek vacibdir
Cənubi Qafqazdakı vəziyyət yaxşılaşma tendensiyası nümayiş etdirir və bununla əlaqədar "3+3" formatında işi bərpa etmək vacibdir.

Zeferinfo.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu MDB ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin iclasında bildirib.

"Regional məşvərət qrupunun, "3+3" platformasının işini bərpa etmək vacibdir. Regionda nəqliyyat kommunikasiyalarının açılması böyük əhəmiyyət kəsb edir, üçtərəfli işçi qrupu çərçivəsində bununla bağlı razılıq əldə olunmuşdu", - o deyib.