Şirvanda üzərində narkotik vasitə aşkarlanan şəxs həbs edildi

Şirvan şəhərində üzərində narkotik vasitə aşkarlanan şəxs həbs edilib.
Zeferinfo.az-ın əldə etdiyi məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri növbəti tədbir zamanı əvvəllər də eyni əmələ görə məhkum olunmuş Ramil Bağırov saxlanılıb.
Həmin şəxsdən 1 kiloqrama yaxın marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.