Sertifikasiyada Azərbaycan dili və ədəbiyyat fənni üzrə 3 sual qiymətləndirmədən çıxarılıb

Sertifikasiyada Azerbaycan dili ve edebiyyat fenni uzre 3 sual qiymetlendirmeden cixarilib
Azərbaycan dili və ədəbiyyat müəllimlərinin sertifikasiya imtahanı üzrə ekspertlərin apardıqları təkrar qiymətləndirmə, elmi-metodik və psixometrik təhlil nəticəsində istifadə edilən 3 sual iştirakçıların lehinə olmaqla qiymətləndirmədən çıxarılıb.

Zeferinfo.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində keçirilən “Sertifikatlaşdırma 2025: peşəkar müəllim – keyfiyyətli təhsil” mövzusunda tədbirdə çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, dəyişiklik Azərbaycan dili üzrə 1 sual, ədəbiyyat üzrə 2 sual olub:

“22 nəfərin nəticəsi 0–29 aralığından 30–50 bal aralığına keçir. 24 nəfərin nəticəsi 30–50 aralığından 51+ aralığına keçir”.