Zeferinfo.az-ın "Unikal"a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən son prosesdə hökm oxunub. Hökmə əsasən, Sona Əhmədova 4 il 11 ay azadlıqdan məhrum edilib.
Onun barəsində seçilmiş qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunması barədə qərar qəbul edilərək o məhkəmə zalında həbs olunub.
Xatırladaq ki,dövlət ittihamçısı çıxışı zamanı Sona Əhmədovanın 7 il azadlıqdan məhrum edilmasini məhkəməyə təklif etmişdi.
İbtidai istintaq zamanı məlum olub ki, Sona Əhmədova iş yoldaşı Tavat Bayramova vasitəsilə Xavər Babayevaya 3 min manat faizə pul verib. Ancaq ayın tamamında Xavər Babayeva həmin pulu qaytara bilməyəndə onun yarıcılpaq şəkilləri ilə şantaj etməkdə təqsirləndirilir. Bundan sonra Xavər Babayeva 2021-ci ildən 2022-ci ilin əvvəlinə kimi ayrı-ayrı vaxtlarda Tavat Bayramovaya məxsus bank kartına məcburi surətdə 35 min manat pul göndərib.
Onun barəsində cinayət məcəlləsinin 182.2.4 (hədə qorxu ilə tələb etmə külli miqdarda olduqda) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.