Şamaxıda “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans keçirilir

Şamaxıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans keçirilir.
Zeferinfo.az xəbər verir ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil edilən və Azərbaycan Milli Mətbuatının 150 illik yubileyinə həsr olunan konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Medianın İnkişafı Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, mətbuat nümayəndələri, ilahiyyatçılar, həmçinin din xadimləri və dini icma sədrləri iştirak edirlər.
Tədbir iştirakçıları əvvəlcə Şamaxı şəhərindəki Heydər Əliyev parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsini ehtiramla anıblar.
Konfransda müasir informasiya mühitində dini etiqad azadlığının təmin olunması və bu sahədə mövcud qanunvericiliyin icrası məsələləri müzakirə olunacaq. Rəqəmsal medianın imkanlarından istifadə etməklə dini maarifləndirmə işinin səmərəliliyinin artırılması və ictimai şüurda sağlam dini düşüncənin formalaşdırılması istiqamətində fikir mübadiləsi aparılacaq, habelə dini ibadətgahlara mediatur təşkil ediləcək.