Sabiq baş həkimə hökm oxunub

Sabiq bas hekime hokm oxunub
Vətəndaşları aldadaraq külli-miqdarda dələduzluq etməkdə təqsirləndirilən “Gəncə Dəmir Yolu Xəstəxanası”nın sabiq baş həkimi Vidadi Seyidovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Zeferinfo.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində Bəhruz Müslümovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, o, 8 il 9 ay müddətə azadlıqdan məhrum edilib.

İttihama görə, sabiq həkim 9 nəfəri aldadaraq onların külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirib.

Vidadi Seyidov öz qulluq mövqeyindən istifadə edərək bir neçə şəxsə pensiya müavinəti düzəldəcəyini, xəstəxanada gözətçi götürəcəyini bildirərək onların 250 min manat pullarını ələ keçirib.

Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.