Sabahdan Qarabağa müntəzəm avtobus reyslərinin təşkilinə başlanılır

1 mart tarixindən etibarən işğaldan azad edilmiş ərazilərə müntəzəm reyslər üzrə biletləri yalnız “biletim.az” portalı üzərindən əldə etmək mümkün olacaq.
Zeferinfo.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
Qeyd edək ki, 2022-ci ilin yanvar ayından Azərbaycan Respublikası vətəndaşlarının işğaldan azad edilmiş əraziləri ziyarət etməsi məqsədilə 5 istiqamət olmaqla, Bakı – Şuşa – Bakı, Bakı – Ağdam – Bakı, Bakı – Füzuli Bakı, Əhmədbəyli – Şuşa – Əhmədbəyli, Bərdə – Ağdam – Bərdə reysləri fəaliyyətə başlayıb. Sözügedən reyslər üzrə vətəndaşlar “yolumuzqarabaga.az” portalı üzərindən bilet əldə edərək işğaldan azad edilmiş əraziləri müəyyən edilmiş saatlarda ziyarət ediblər.