"Saakaşvili Gürcüstana böyük ziyan vurub" - Kobaxidze

“Sabiq prezident Mixeil Saakaşvilinin 2008-ci ildə apardığı hərbi əməliyyatlar ölkənin milli maraqlarına böyük ziyan vurub”.
Zeferinfo.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
Onun sözlərinə görə, mövcud sənədlər həmin dövrdəki hakimiyyətin müharibəyə başladığını sübut edir.
“Bunlar o zamankı hökumətin müharibəni başladığını və ölkəmizin milli maraqlarına ən ağır zərbə vurduğunu təsdiqləyən danılmaz sübutlardır. Bu, xəyanətdir”,- deyə Kobaxidze ifadə edib.
Baş nazir xatırladıb ki, Avropa Şurasının qətnaməsi və beynəlxalq istintaq komissiyasının keçmiş rəhbəri Haydi Talyavinin rəyinə əsasən, 2008-ci ilin avqustunda gürcü hərbçiləri Tsxinval şəhərinə artilleriya atəşi açıblar.
Onun sözlərinə görə, Saakaşvili rejiminin hərəkətləri nəticəsində 400-dən çox insan həyatını itirib.