Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib

Rusiyanin fovqelade hallar naziri Bakiya gelib
Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Beynəlxalq Mülki Müdafiə Təşkilatının iclasında iştirak etmək üçün Bakıya gəlib.

Zeferinfo.az xəbər verir ki, bu barədə TASS-a nazirliyin mətbuat xidmətindən bildirilib.

"Bu gün Beynəlxalq Mülki Müdafiə Təşkilatının icraiyyə şurası və baş assambleyasının iclasında iştirak etmək üçün Rusiya fövqəladə hallar naziri Aleksandr Kurenkov Azərbaycana səfər edib. Gündəliyin əsas məsələsi - öz platformasında 60-dan çox dövlətin fövqəladə xidmətlərini birləşdirən və ölkələrə humanitar yardım göstərən bu təşkilatın baş katibinin seçilməsidir", - məlumatda qeyd edilib.