Rusiya XİN: Azərbaycan səfirinə şifahi nota verilib

Rusiya XIN: Azerbaycan sefirine sifahi nota verilib
Rusiya Xarici İşlər Nazirliyində (XİN) Azərbaycan səfiri Rəhman Mustafayevə şifahi nota verilib.

Bu barədə Zeferinfo.az Rusiya XİN-ə istinadən xəbər verir.

Bildirilib ki, R.Mustafayevi Rusiya XİN başçısının müavini Mixail Qaluzin qəbul edib.

Səfirə Bakının son "qeyri-dost hərəkətləri" ilə bağlı etiraz bildirilib.

Rusiya tərəfi notada Bakıda saxlanılan "Sputnik-Azərbaycan"ın rusiyalı əməkdaşları İqor Kartavıx və Yevgeni Belousovun azad olunmasının zəruriliyini qeyd edib.

Eyni zamanda, Yekaterinburqda Rusiya vətəndaşları olan azərbaycanəsilli şəxslərin saxlanılması ilə bağlı vəziyyətə gəlincə, Rusiya hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən istintaq hərəkətlərinin yerli qanunvericiliyə uyğun olaraq, əvvəlki illərdə bu ölkənin ərazisində, o cümlədən, Azərbaycan vətəndaşlarına qarşı törədilmiş ağır cinayətlərlə bağlı işlərin araşdırılması çərçivəsində həyata keçirildiyi vurğulanıb.