Rusiya Ermənistan hökumətinə xəbərdarlıq edib

Rusiya Ermenistan hokumetine xeberdarliq edib

İyulun 7-də Rusiyanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılan Ermənistanın Moskvadakı səfiri Qurgen Arsenyana ölkəsinin hakimiyyətini Ermənistana qarşı iqtisadi sanksiyaların tətbiq edilə biləcəyi barədə məlumatlandırması tapşırılıb.

Zeferinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri diplomatik mənbələrə istinadən məlumat yayıb.

Moskva bu addımın Rusiya dövlət telekanallarının Ermənistanda bloklanacağı təqdirdə atılacağı ilə hədələyib.

Qeyd olunub ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin Arsenyanla söhbəti heç də xoş məcrada keçməyib.

"Səfirə birbaşa deyilib ki, Ermənistan hakimiyyətinin nə planlaşdırdığını bilirlər", - diplomatik mənbələr bildirib.

Daha əvvəl Ermənistan parlamentinin sədri Alen Simonyan ölkədə Rusiya telekanallarının yayımının dayandırılması məsələsinə ciddi baxılmasının zəruriliyini bəyan edib.