Rəcəb Tayyib Ərdoğan: Azərbaycan Prezidenti Zəngəzur dəhlizinə böyük önəm verir

Zəngəzur dəhlizi təkcə Azərbaycan, Ermənistan və Türkiyəyə deyil, regionun digər dövlətlərinə də fayda verəcək.
Zeferinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Biz bu xətti (Zəngəzur dəhlizini) eyni zamanda, geoiqtisadi əhəmiyyətinə görə son dərəcə vacib hesab edirik. Bu, regionumuzdan kənar ölkələri birləşdirəcək və ticarəti stimullaşdıracaq”, - Ərdoğan vurğulayıb.