Qobustanda balıq tutmağa gedənlər torpaq uçqununa düşüb, bir nəfər ölüb, bir nəfər xəsarət alıb

Abşeronun Qobustan kəndində torpaq uçqunu faciə ilə nəticələnib.
Zeferinfo.az xəbər verir ki, 1987-ci il təvəllüdlü Rəşad Əhmədov çayda balıq tutarkən yaxınlıqdakı dərəlik ərazidə torpaq uçqunu nəticəsində ölüb.
Hadisə zamanı xəsarət alan 1990-cı il təvəllüdlü Niyaməddin Osmanov isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.