“Qarabağ Qələbəsindən Sonra Azərbaycan–Türkiyə Strateji Əməkdaşlığı” Konfransı Böyük Marağa Səbəb Oldu
Azərbaycan və Türkiyə arasında strateji əməkdaşlığı daha da gücləndirməyi hədəfləyən “Qarabağ Qələbəsindən Sonra Azərbaycan–Türkiyə Strateji Əməkdaşlığı” adlı konfrans Tedev–Türk Ədəbiyyatı Vəqfinin ev sahibliyi ilə geniş iştirakçı kütləsi qarşısında keçirildi. Tədbir Karabakh is Azerbaijan Milli Platformu və onun tərkibində fəaliyyət göstərən Qarabağ Azərbaycandır Koordinasiya Etmə Dərnəyi tərəfindən təşkil edilib. Konfrans, son illərdə Türk dünyasında artan birlik, həmrəylik və ortaq strateji baxışın təcəssümü kimi böyük əhəmiyyət daşıdı.
Konfrans müddətində Qarabağ Qələbəsindən sonra Cənubi Qafqazda formalaşan yeni güc balansı, regional strateji dəyişikliklər, Azərbaycan–Türkiyə əməkdaşlığı, Türk Dövlətləri Təşkilatının fəaliyyəti və Zəngəzur Dəhlizinin əhəmiyyəti ətraflı şəkildə müzakirə edildi. Proqramın sonunda JEDAM – Geostrateji və Diplоmatik Araşdırmalar Mərkəzinin açılışı həyata keçirildi.
Açılış nitqi: “Birlik və Qardaşlıq Bizim Ən Böyük Gücümüzdür”
Konfransın açılış nitqini Karabakh is Azerbaijan Milli Platformu Türkiyə üzrə Baş Koordinatoru Dr. Elvin Abdurahmanlı edib.
Dr. Abdurahmanlı çıxışında Qarabağ Qələbəsinin yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının qürur mənbəyinə çevrildiyini vurğuladı.
O qeyd etdi ki, Platformanın illərdir apardığı fəaliyyətin mahiyyəti Qarabağ həqiqətlərini dünyaya çatdırmaq və Azərbaycan–Türkiyə qardaşlığını daha da möhkəmləndirməkdir:
“Bu gün Qarabağda əldə etdiyimiz zəfər ‘iki dövlət, bir millət’ anlayışının ən böyük sübutudur. Həmrəyliyimiz bizim ən böyük gücümüzdür.”
Protokol çıxışı – Serhat Kabaklı
TEDEV – Türk Ədəbiyyatı Vəqfinin sədri Serhat Kabaklı çıxışında mədəni bağların siyasi-strateji əməkdaşlığın əsasını təşkil etdiyini bildirib:
“Mədəniyyətimiz ortaqdır, tariximiz ortaqdır. Bu kimi tədbirlər Türk dünyasının birlik ruhunu daha da gücləndirir.”
Panel Təqdimatları: Dr. Elvin Abdurahmanlı və Dr. Caner Karakuş
Dr. Elvin Abdurahmanlı-nın Panel Təqdimatı: Zəngəzur, TDT və Regional Diplomatiya
Dr. Abdurahmanlı panel çıxışında Qarabağ Qələbəsindən sonra bölgədə yaranan yeni reallıqları strateji aspektdən dəyərləndirdi. O, dört əsas mövzuya toxundu:
1. Zəngəzur Dəhlizinin Türk Dünyası üçün əhəmiyyəti
“Zəngəzur Dəhlizi Türk dünyasının birləşməsi üçün tarixi fürsətdir. Bu yol açıldıqda siyasi, iqtisadi və mədəni inteqrasiya yeni mərhələyə keçəcək.”
2. Regional Sabitliyin təmin edilməsi
Dr. Abdurahmanlı vurğuladı:
“Qələbədən sonra bölgədə sabitliyə yönəlik addımlar strateji baxımdan həlledicidir. Təxribatların qarşısının alınması və davamlı sülhün təmin edilməsi regional təhlükəsizliyin əsas şərtidir.”
3. Diplomatik proseslər və ortaq mövqelər
“Azərbaycan və Türkiyənin beynəlxalq siyasətdə birgə mövqeyi güc balansını bizim xeyrimizə dəyişdirir. Bu sinerji Türk dünyası üçün nümunədir.”
4. Türk Dövlətləri Təşkilatının artan rolu
“TDT artıq regional deyil, qlobal əhəmiyyətli quruma çevrilir. Enerji təhlükəsizliyi, iqtisadi dəhlizlər və müdafiə əməkdaşlığı sahələrində atılan addımlar Türk birliyini daha da gücləndirir.”
Dr. Caner Karakuş-un təqdimatı
Dr. Karakuş çıxışında təhlükəsizlik arxitekturası, Azərbaycan–Türkiyə hərbi əməkdaşlığı və Orta Dəhlizin geosiyasi çəkisi barədə geniş təhlil təqdim etdi:
“Bu əməkdaşlıq təkcə iki ölkəyə deyil, bütövlükdə regiona sabitlik gətirən yeni təhlükəsizlik modelidir.”
JEDAM-ın açılışı
Konfransın sonunda JEDAM – Geostrateji və Diplomatik Araşdırmalar Mərkəzinin açılışı baş tutdu. Mərkəzin Türk dünyası, Cənubi Qafqaz və beynəlxalq münasibətlər istiqamətində strateji araşdırmalar aparacağı bildirildi.
Tədbir çərçivəsində açılış tortu kəsildi.
İrem Sena Erkuş-un çıxışı
JEDAM Nəzarət Şurasının sədri İrem Sena Erkuş qısa çıxışında mərkəzin məqsədlərini belə ifadə etdi:
“Gənc araşdırmaçılar üçün intellektual platforma yaratmaq, strateji düşüncəni inkişaf etdirmək və Azərbaycan–Türkiyə münasibətlərinə elmi dəstək vermək əsas prioritetlərimiz olacaq.”
Plaket və təşəkkür mərasimi ilə yekun
Proqramın sonunda plaket təqdimatı keçirildi. Ardınca tədbirin təşkilində əməyi olan:
•Abdullah Koyun
•Şükrü Sinan Özen
•Mezra Yağmuroğlu
•Şevval Haşlama
•Cihan Hasçelik
adına təşəkkür diplomları təqdim edildi və xatirə fotosu çəkildi.