Prokuror Boris Akuninə 18 il qiyabi həbs cəzası istəyib

Prokuror rusiyalı yazıçı Boris Akuninin qiyabi 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Zeferinfo.az xəbər verir ki, terrorçuluğa haqq qazandırmaq və digər cinayətlərdə qiyabi ittiham olunan Akuninin işi üzrə məhkəmə keçilib. Dövlət ittihamçısı yazıçının 18 il qiyabi həbsini məhkəmədən xahiş edib.
Prokuror Akuninin 400 min rubl cərimələnməsini də istəyib.
Qeyd edək ki, Akunin Ukrayna ilə müharibənin əleyhinə çıxıb. Rusiya İstintaq Komitəsi yazıçının Rusiya Federasiyasının konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsinin zəruriliyini bəyan etdiyini və Ukraynanın "terror fəaliyyətinə" haqq qazandırdığını açıqlayıb.
"Qriqori Çxartişvili 2024-cü ildə məhkəmə tərəfindən iki dəfə xarici agentin fəaliyyəti ilə bağlı proseduru pozmaqda təqsirli bilinib. Buna baxmayaraq, o, Rusiya qanunvericiliyinə məhəl qoymayaraq, xarici agentlərə qoyulan məhdudiyyətləri pozmaqda davam edib", - İstintaq Komitəsinin yaydığı məlumatda bildirilib. Akunin Rusiya Federasiyasında xarici agent kimi tanınıb, terrorçular və ekstremistlər siyahısına daxil edilib.