Professor Əziz Səncərə Şimali Kipr vətəndaşlığı verilib

Zeferinfo.az xəbər verir ki, Şimali Kipr hökumətinin müvafiq qərarı avqustun 1-də ŞKTC Nazirlər Kabinetinin rəsmi bülletenində dərc olunub.
Qərarın mətnində qeyd olunub ki, Ə.Səncər Şimali Kiprdə elmin, texnologiyanın və mədəniyyətin inkişafına, həmçinin ölkənin xaricdə təbliğinə sanballı töhfə verə bilər.
Kimya üzrə Nobel mükafatı laureatı sosial şəbəkələrdə üzərində aşağıdakı sözlər yazılmış sviterinin fotosunu paylaşıb: “ŞKTC tanınmalıdır”.