Polis paytaxtda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirib

Polis paytaxtda narkotik vasitelerin qanunsuz dovriyyesine qarsi emeliyyatlar kecirib

Paytaxtın Suraxanı və Nərimanov rayonlarında narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Zeferinfo.az-a verilən məlumata görə, tədbirlər zamanı 32 yaşlı E.İsmayılov və əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 40 yaşlı N.Şıxəliyev saxlanılıblar.

Onlardan 3 kiloqramdan artıq narkotik vasitə olan marixuana, tiryək, heroin və psixotrop maddə olan metamfetamin aşkarlanıb.

Araşdırma aparılır.