Peskov: İstintaq Komitəsinin rəhbəri və Azərbaycanın Baş prokuroru problemli məsələləri müzakirə edirlər

Peskov: Istintaq Komitesinin rehberi ve Azerbaycanin Bas prokuroru problemli meseleleri muzakire edirler

İstintaq Komitəsinin sədri Aleksandr Bastırkin Azərbaycanın baş prokuroru ilə əlaqədədir, tərəflər Yekaterinburq və Bakıda baş vermiş rezonans hadisələrin araşdırılması ilə bağlı bütün problemli məsələləri nəzərdən keçirirlər.

Zeferinfo.az-ın Rusiya KİV-lərinə istinadən məlumatına görə, bu barədə RF prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Hazırda Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastırkin Azərbaycanın baş prokuroru ilə daimi əlaqədədir, bu əlaqələr zamanı onlar problemli hesab edilən məsələləri araşdırırlar", - deyə o qeyd edib.