Paşinyan Overçukla Ermənistan-Rusiya gündəliyini müzakirə edib

Pasinyan Overcukla Ermenistan-Rusiya gundeliyini muzakire edib
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuku İrəvanda qəbul edib.

Bu barədə Zeferinfo.az-a Ermənistan Baş nazirinin mətbuat xidmətinə istinadən bildirib.

Danışıqlar zamanı tərəflər Ermənistan-Rusiya gündəliyinə dair məsələləri, Aİİ çərçivəsində əməkdaşlıqla bağlı cari mövzuları müzakirə ediblər.

Paşinyan və Overçuk həmçinin ikitərəfli ticarət dövriyyəsinin dinamikası, birgə proqramların həyata keçirilməsinin gedişatı ilə bağı fikir mübadiləsi aparıblar.