Paşinyan ABŞ-yə GETDİ

Pasinyan ABS-ye GETDI

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-yə işgüzar səfərə yollanıb.

Zeferinfo.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb. 

Məlumata görə, Paşinyan avqustun 7-8-də Vaşinqtonda səfərdə olacaq.

Xatırladaq ki, “The Washington Post” ABŞ Prezidenti Donald Trampın avqustun 8-də Ağ Evdə Azərbaycan lideri İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla ayrı-ayrılıqda görüşünün gözlənildiyini yazıb.