Ötən il infeksion və parazitar xəstəliklərdən ölənlərin sayı azalıb

Oten il infeksion ve parazitar xesteliklerden olenlerin sayi azalib

Ötən il bəzi infeksion və parazitar xəstəliklərdən ölənlərin sayı azalıb.

Zeferinfo.az xəbər verir ki, bu barədə, “Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti” statistik məcmuəsində öz əksini tapıb.

Belə ki, 2024-cü ildə bəzi infeksion və parazitar xəstəliklərdən ölənlərin sayı 504 nəfər olub. 2023-ü ildə isə bu rəqəm 778 olub. Son 15 ildə infeksion və parazitar xəstəliklərdən ən çox ölüm sayı 2020-ci ildə qeydə alınıb. Həmin il infeksion və parazitar xəstəliklərdən ölənlərin sayı 5875 nəfər olub.