Ötən il dövlət sifarişi ilə 127 milyon manatlıq ərzaq alınıb

Ötən il Azərbaycanda dövlət sifarişi ilə satın alınmış ərzaq məhsullarının ümumi dəyəri 127,1 milyon manat olub.
Zeferinfo.az-a bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Məlumata görə, ötən il ümumi dövriyyə zamanı dövlət vəsaitinə 7,1% qənaət edilib.
Ötən il 209 növdə ərzaq məhsullarını 90 təşkilat müqavilə bağladığı 73 istehsalçı və satıcıdan alıb.